Yevlaxda narkotik alverçisi saxlanılıb
2021-02-22 12:01
Yevlaxda şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılıb. Onun üzərindən 42 qramdan artıq heroin və 10 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Dindirilmə zamanı Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib. Davam etdirilən tədbirlərlə Yevlax sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də tutulub. Ondan isə 1 ədəd sellofan bükülüdə heroin aşkarlanıb.
Fərid Mehdiyev