Yevlaxda koronavirus xəstəsi xəstəxanadan qaçıb
2020-12-17 14:06
Yevlaxda COVID-19 xəstəsi Zeynal Məmmədov müalicə aldığı rayon Mərkəzi Xəstəxanasını tərk edib. Həmin şəxsin yeri müəyyən edilərək polis əməkdaşları tərəfindən xəstəxanaya geri qaytarılıb. Qəbələdə isə ev şəraitində müalicə alan koronavirus xəstəsi, Bum qəsəbə sakini Tural Yaqubov yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində cinayət işi başlanılıb.
Vüsalə Camal