Yevlaxda irigövdəli ağac qırılaraq 2 evin hasarını dağıdıb
Hadisə Yevlax şəhəri, Babək küçəsində baş verib. Hadisə zamanı elektrik dirəkləri də sıradan çıxıb, elektrik enerjisinin verilişi dayanıb. Hadisə zamanı azyaşlı uşaq yüngül xəsarət alıb. Ağacın qırılan budağı onun üstünə düşüb. Hadisə yerinə baxış keçirən aidiyyəti qurumların nümayəndələri yaranmış problemin həll olunacağını və ağacın kəsiləcəyini bildirdilər.
Ruhəngiz Hacızadə