Yevlaxda idarəetmədən çıxan avtomobil digərinə çırpılıb, 2 nəfər yaralanıb

2019-11-07 16:06

Yevlaxda "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "Opel"ə çırpılıb. Nəticədə rayon sakini, 61 yaşlı Almaz Xəlilova və Mingəçevir sakini, 32 yaşlı Sadiq Aydınov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin kafi olduğu bildirilir.

Vüsalə Camal