Canlı
Yevlaxda ağır qəza baş verib, ölən və yaralananlar var

2018-04-14 / 12:08

Yevlaxda ağır qəza baş verib. Gecə saatlarında Yevlax şəhəri ərazisində Bərdə rayon sakini Aydın Vəliyevin idarə etdiyi “KamAZ” və Abşeron rayon sakini Orxan Əliverdiyevin idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə Əliverdiyev və “Ford”da olan daha bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən fakt üzrə araşdırma aparılır.

Vəfa Şairova