Yevlaxda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
Yevlağın Səmədabad kəndində traktorun altında qalan 4 yaşlı uşaq ölüb. Traktorun sükanı arxasında azyaşlının atası olub.Traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb. Faktla bağlı araşdırma aparılır.