Yevlaxda 32 yaşlı kişi güllələnib
Yevlaxda 1991-ci il təvəllüdlü Əhməd Nəsibov baş nahiyyəsindən xəsarət alıb və həmin xəsarətdən xəstəxanada ölüb. Araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin odlu silahdan atəş açmaqla mərhumu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saleh Əliyev tutulub. Rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.
Nərgiz Camalzadə