Yevlaxda 2 maşın toqquşub, ölən var
Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlaxdan keçən hissəsində "VAZ" və "Xəzər" markalı avtomobillər toqquşub. "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü, Yevlax sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb. 4 nəfər yaralı halda xəstəxanaya yerləşdiriliblər.
Nərgiz Camalzadə