Yevlax-Xankəndi dəmir yolunun yenidən qurulmasına başlanılıb
2020-12-07 12:00
Ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi işləyir: "Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin ümumi uzunluğu 240,4 km olub. Mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır", - deyə Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Vüsalə Camal