Yevlax və Ağdamda qəza olub, ölən və xəsarət alanlar var
Ötən gün Yevlaxın Ceyhun Mustafayev küçəsində 41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik avtomobilini Şəhidlər Xiyabanının hasarına çırpıb. Nəticədə sürücü və 44 yaşlı sərnişini Rüfət Həmidov dünyasını dəyişib. Xəsarət alan daha iki nəfər sərnişin rayon Xəstəxanasına çatdırılıb.
Ağdamın Quzanlı qəsəbəsində isə Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" yolu keçən iki qadını vurub. Onlardan biri 69 yaşlı Hətəmova Məlahət Aslan qızı həyatını itirib, 47 yaşlı Hacıyeva Gülşən Siyasət qızı isə ağır bədən xəsarətləri ilə xəsdəxanaya yerləşdirilib.