Yevlax və Bakıda yanğınlar olub, zəhərlənənlər var
Yevlaxda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə yanğın çıxıb. Alov FHN əməkdaşları tərəfindən söndürülüb.
Bakının Nəsimi rayonunda yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacı və yığılan məişət tullantıları yanıb. 10 nəfər sakin tüstülənmiş sahədən təxliyə edilib, 1 nəfər zəhərləndiyi üçün təcili tibbi yardım briqadasına təhvil verilib.
Vüsalə Cənnətova