Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar
2020-02-06 16:04
Yevlax rayon Aşağı Salamabad kənd sakini, 26 yaşlı Orxan Məmmədov xırdabuynuzlu heyvanlarını kənd sakini, 30 yaşlı Elçin Hüseynova və 28 yaşlı Araz Qarayevə məxsus yonca və arpa sahələrində otarıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə Orxan Məmmədov Araz Qarayevə 2 bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal