Yevlax sakinindən silah-sursat götürülüb
Yevlaxda rayon sakini Məlik Abdullayev saxlanılıb. Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, şəxs həbs edilib.
Fərid Mehdiyev