Yevlax sakinindən narkotik və silah götürülüb
2020-01-11 12:00
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları Yevlaxda Kövər kənd sakini 33 yaşlı Elnur Cəfərovu saxlayıb. Ondan 3 kiloqramdan artıq marixuana götürülüb, yaşadığı evdə isə ov tüfəngi aşkarlanıb. Şəxsin barəsində cinayət işi başlanılıb. İstintaq aparılır.
Vüsalə Camal