Yevlax sakinində avtomat aşkarlanıb
Yevlaxda odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov saxlanılıb. Onda “AK-74” markalı avtomat, avtomat darağı və 30 ədəd patron aşkarlanıb. Keçirilən digər bir əməliyyatla rayon sakini Abıl Yusibov da tutulub. Onun üzərindən və avtomobilindən heroin, marixuana və metodon həbləri götürülüb.
Nərgiz Camalzadə