Yevlax sakini həyat yoldaşı və qonşusunu güllələyib
2021-02-09 14:05
Yevlax;n Hacışelli kəndində qətl törədilib. Kənd sakini, 47 yaşlı Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 45 yaşlı Qarayeva Elnarə Qafar qızını ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Mehdi Qarayev daha sonra qonşusu, 63 yaşlı Qarayev İldırım Zirəddin oğluna da atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Nərgiz camal