Yevlax qeydiyyat şöbəsinin sabiq rəisi rüşvətə görə həbs olunub
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyev həbs olunub. O, 4 min manat pulu rüşvət, şəxsin digər dövlət qurumlarının ölkədən çıxışına qoyduğu qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla şübhəli bilinib. Barəsində həbs qətimkan tədbiri seçilib.
Fərid Mehdiyev