Yevlax şəhərinin su-kanalizasiya sistemi yenidən qurulacaq
Şəhər əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Mingəçevir su anbarından yeni xətt çəkiləcək. Həmin maye birbaşa deyil, rayonun Aran qəsəbəsində inşa olunacaq anbardan şəhərə ötürüləcək. Şəhərin kanalizasiya sistemi zəif olan qərb hissəsində çirkab sularının axıdılması üçün anbarların inşası da nəzərdə tutulub. Anbarda toplanacaq kanalizasiya suyu təmizləndikdən sonra texniki su kimi kanallar vasitəsilə təkrar şəhərə axıdılacaq.
Vəfa Şairova