Yevlaxın və Bərdənin də su təchizatı və kanalizasıya sistemi yenilənəcək

2019-11-07 14:06

"Tullantı suyunun təmizlənməsi ilə bağlı 30 rayonda işlər başa çatıb. 11 rayonda su layihələri başa çatsa da, kanalizasiya layihələri icradadır". “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sözlərinə görə, Gəncə, Şəki, Şirvan, Salyan, Şəmkir, Qax, Mingəçevirdə işlər davam edir. Növbədə Yevlax, Bərdə, Horadiz, Balakən və Neftçala rayonlarıdır. Artıq Yevlaxla bağlı göstəriş alınıb.

Ruhəngiz Hacızadə