Yevlağa qonaq gələn 52 yaşlı qadın ağacdan yıxılaraq xəstəxanalıq olub

2019-10-10 10:03

Yevlağın Marzılı kəndində bədbəxt hadisə baş verib. Qonşu bölgədən bacısının evinə qonaq gələn 52 yaşlı Sümayə İsakova qoz ağacından yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub.

Fərid Mehdiyev