Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası keçirilir
2021-03-03 18:00
Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası keçirilir. Erməni KİV-lərinin məlumatına görə, etirazçılar parlament binasının önünə toplaşıblar. Polis ətraf yolları bağlayıb. Parlament binasına snayperlər yerləşdirilib, yerdə xüsusi səs qumbaraları düzülüb. Eyni zamanda, parlamentdə hökumət üzvlərinin iştirakı ilə iclas başlayıb. Paşinyan iclasda iştirak etsə də, sualları cavablandırmaq üçün tribunaya çıxmaqdan imtina edib.
Nərgiz camal