"Yenə də faciə ilə üzləşəcəksiniz" Ali baş komandan Şuşadan Qarabağa göz dikənlərə səslənib
Hər kəs bilməlidir ki, Azərbaycan Ordusu iki il bundan əvvəlki Ordu ilə müqayisədə daha güclüdür. Azərbaycan müharibə yox, sülh istəyir. Şuşada hərbçilər qarşısında çıxış edən Prezident ilham Əliyev Qarabağa göz dikənlərə və Qarabağda müvəqqəti yerləşən Rus sülhməramlılarına bel bağlayanlara səslənir, yenə də faciə ilə üzləşəcəksiz. Dövlət başçısı erməni xalqına da müraciət edərək otuz illik işğalının acılarından dərs çıxarmağı məsləhət görüb.