Yeniyetmələrin vaksinasiyası prosesinə başlanılıb
2021-09-08 14:09
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə Pfizer peyvəndinin vurulmasına başlanılıb. Artıq 3 yeniyetmə müraciət edərək peyvənd olunub. Onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir.
Fərid Mehdiyev