Yeniyetmə yunan-Roma güləşçilərindən ibarət milli komanda Göygöldə təlim-məşq toplanışındadır

2019-07-01 15:48

Yeniyetmə yunan-Roma güləşçilərindən ibarət milli komanda Göygöldə təlim-məşq toplanışındadır. İyunun 26-dan yerli olimpiya idman kompleksində hazırlıq keçən yığmanın toplanışında 20-dən çox güləşçi iştirak edir. Millimiz böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında əsasən fiziki yöndə hazırlıq keçir. Yığma həm Avropa Gənclərinin Olimpiya Festivalı, həm də dünya biriciliyinə hazırlaşır.

Ruhəngiz Hacızadə