Yeni Malatyasporun qapıçısı zəlzələdə həlak olub
"Federasiyadan xahiş edirik, bizi mövsümün qalan hissəsi üçün bağışlasınlar". Yeni Malatyasporun baş məşqçisi Yılmaz Vural əcnəbi oyunçuların şəhəri tərk etdiyini, yerli futbolçuların evlərinə döndüyünü, yarışa davam edəcək vəziyyətdə olmadıqlarını deyib. Türkiyənin birinci divizionunda çıxış edən klubun qapıçısı Ahmet Eyüp Türkaslan zəlzələdə həlak olub.
Nərgiz Camalzadə