Yeni Kaledoniyada aksiya iştirakçıları Fransa polisinin Azərbaycan bayrağını yığışdırmaq tələbini yerinə yetirməyib
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Fransa polisi Azərbaycanın bayrağının qaldırılmasının qarşısını almağa cəhd göstərib. Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb. Bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir. Nəticədə aksiyada Azərbaycan bayrağı yığışdırılmayıb. Aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.