Yeni imtahan modelinə uyğun sınaq imtahanına qeydiyyat bu gün başa çatıb
Yanvarın 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək. İmtahanda iştirak etmək istəyənlər bu gün saat 12-də Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçmə prosesi yekunlaşıb. İmtahan yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
Fərid Mehdiyev