Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq
2021-12-07 16:10
Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Vüsalə camal