Canlı
Yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlərin artırılması təklif olunur

2018-11-07 / 13:57

Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılmalıdır. Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlament komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib. Qeyd edib ki, birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər.

Ruhəngiz Hacızadə