Yağ istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtərin Xoruzlu kəndində fəaliyyət göstərən yağ istehsalı sexinə baxış keçirilib. Müəssisədə məhsulların soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketlənmə aparılmadan istehsal edildiyi, eyni zamanda müşahidəedici sənədlərinin təsdiqlənmədiyi aşkarlanıb. Nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.
Vüsalə Cənnətova