Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib
2021-12-27 12:00
Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib. O, ürək çatışmazlığından dünyasını dəyişib. Əhməd İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti, “Qızıl qələm”, “Ustad” ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” ali ədəbi mükafatları laureatı, 1992-ci ildən “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.
Nərgiz camal