Yay Olimpiya Oyunlarının məşəli Yaponiyaya çatdırılıb
2020-03-20 16:11
Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli bu gün təhlükəsiz şəkildə Yaponiyaya çatdırılıb. Alovu Yunanıstandan gətirən təyyarə əvvəlcədən planlaşdırılmış Miyagi bölgəsinə enib. Mərasimdə Tokio-2020-nin Təşkilat Komitəsinin və Yaponiya Milli Olimpiya Komitəsinin əməkdaşları, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Fərid Mehdiyev