"Yaxın zamanlar üçün dağıdıcı zəlzələ ehtimalı yoxdur" - Qurban Yetirmişli
2020-02-17 16:00
Ötən axşam Şamaxı və Lerikdə zəlzələ qeydə alınıb. Cənub zonasında 3,5 bal gücündə baş verən təkanlar hiss olunsa da, dağıntı və ya tələfata səbəb olmayıb. Şamaxıdakı zəlzələ isə hiss edilməyəcək dərəcədə zəif olub. Respublika Seysmoloji Xidmət Mərkəzi əhalini təşvişə düşməməyə çağırır. Qurumun baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yaxın zamanlar üçün katastrofik dağıdıcı zəlzələ ehtimalı yoxdur.
Vüsalə Camal