Yasamaldakı silahlı insidentlə bağlı iki nəfər saxlanılıb
Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Onlardan 1 ədəd “Makarov” tapança, 5 patron və narkotik vasitələr götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.