Yarımstansiyadan oğurluq edən dəstə saxlanılıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb. Bakı sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədov yaxalanıblar. Onlar Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan yarımstansiyanın binasına qanunsuz daxil olublar. Və 3 ədəd vakum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10 000 manata yaxın maddi ziyan vurublar. İstintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb.
Azad Mustafayev