Yardımlıda dərədə gizlədilən 39 kq narkotik aşkarlanıb
Yardımlıda rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb. Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin, 30 ədəd güclü təsiredən xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq götürülüb. Onun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu müəyyən edilib.
Nərgiz Camalzadə