Canlı
Yardımlıda meşə yanğını lokallaşdırılıb

2018-07-06 / 16:02

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Ruhəngiz Hacızadə