Yardımlıda 12 yaşlı yeniyetmə dərəyə aşaraq ölüb
2020-03-04 12:05
Yardımlının Gügavar kəndində kənd sakini, 12 yaşlı Aris Ağakişiyev mal-qaranı örüşdən evə qaytararkən qayanın üstündən ehtiyatsızlıqdan aşağı yuvarlanıb. Baş, boyun nahiyəsindən ciddi xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Reanimasiya şöbəsində həkimlərin səyinə baxmayaraq yeniyetmə bu gün səhər saatlarında ölüb. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova