Canlı
Yardımlı sakininin başına qaya parçası düşüb

2018-06-13 / 09:12

Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb. 53 yaşlı Vətən Abdinov güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına daş parçası düşüb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzinə çatıdırlııb.

Vəfa Şairova