Canlı
Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

Narkotik maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbi bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyənləşib. Həmin əraziyə baxış zamanı 10 min ədəd həb aşkarlanaraq götürülüb.

Fərid Mehdizadə