Yararsız ət satan mütəşəkkil dəstə üzvləri saxlanılıblar
2021-02-08 18:10
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi mütəxəssislərinin iştirakı ilə növbəti uğurlu əməliyyat keçiriblər. Xaçmazda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri - Azik Babayev, Hatəm Bayramov və Yalçın Babalıyev məsuliyyətə cəlb olunublar.
Nərgiz camal