Yarımmüdafiəçi yığmada ən çox qol vuran futbolçu adını qazanıb

2019-06-11 18:01

Avro-2020-nin seçmə mərhələsində yığmamız üzərində 5:1 hesablı qələbə Slovakiya millisinin kapitanı Marek Hamşik üçün əlamətdar olub. Oyunda dubl edən 31 yaşlı yarımmüdafiəçi yığmada ən çox qol vuran futbolçu adını qazanıb. Hamşik Slovakiya millisinin heyətində keçirdiyi 114 oyunda 24 qol vuraraq, yığmanın bombardiri olub.

Fərid Mehdiyev