Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində məşəl estafetinin başlanacağı tarix açıqlanıb
2020-09-28 11:09
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində məşəl estafetinin başlanacağı tarix açıqlanıb. Estafetin startı 2021-ci il martın 25-də Fukusima Prefektrurasında baş tutacaq. Estafet 121 gün davam edəcək və ölkənin bütün 47 əyalətinə aparılacaq. Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.
Nərgiz Camal