Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb
Yaponiyadan idxal olunan ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.Qanunvericiliyə uyğun olaraq ümumi çəkisi 22,6 kq istehlaka yararsız məhsul məhv edilib.
17 sentyabr 2026

