YAP türk rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb

Yeni Azərbaycan Partiyası Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və AKP deputatlarının Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirib.YAP açıqlamasında Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycan əleyhinə qərəzli məlumatların yayıldığını qeyd edib. Partiya Azərbaycanın İsraillə münasibətlərinin təhrif olunmasını rədd edib, Fələstin xalqının hüquqlarını dəstəklədiyini, humanitar yardım göstərdiyini və münaqişənin iki dövlət prinsipi əsasında həllini müdafiə etdiyini vurğulayıb.YAP, Azərbaycanın dünyəvilik, dini etiqad azadlığı və qanunun aliliyi prinsiplərinə əsaslandığını bildirib. Yeni Azərbaycan Partiyası Türkiyənin hakim partiya nümayəndələrini siyasi məsuliyyət nümayiş etdirməyə, Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırıb.“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlığın əsasını təşkil edir. Bununla belə, bu prinsip hər iki dövlətin müstəqilliyinə və suverenliyinə qarşılıqlı hörmət əsasında qorunmalıdır.

13 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik