YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb
Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə qərar yekdilliklə YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. Azərbaycanda növbədənkənar Prezident seçkiləri gələn il fevralın 7-də keçiriləcək.
Fərid Mehdiyev