YAP-ın VIII Qurultayı keçirilir

Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir.Qurultayda çıxış edən Prezident, YAP-ın sədri İlham Əliyev bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır.Dövlət başçısı Ermənistanın əvvəlki rəhbərlərinin fəaliyyətinə də toxunub. Prezident deyib ki, bütün məsuliyyəti yalnız əvvəlki Ermənistan rəhbərliyinin üzərinə qoymaq olmaz. Onun sözlərinə görə, həmin rəhbərlərin hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər.İlham Əliyev qeyd edib ki, Ermənistanın bugünkü iqtidarı da vaxtilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, Azərbaycan xalqını təhqir etməyə çalışıb və yersiz açıqlamalarla xalqın heysiyyətinə toxunub. Prezident bildirib ki, bunlar heç vaxt unudulmayacaq.Dövlət başçısı YAP-ın VII Qurultayının da yeni siyasi reallıqlar fonunda keçirildiyini xatırladıb. Bildirib ki, həmin vaxt İkinci Qarabağ müharibəsindəki Zəfərdən cəmi bir neçə ay keçmişdi və Azərbaycanın yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul edilirdi.Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, separatizm meyilləri Qarabağda yer alsın.Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi - dövlət başçısı deyib.

02 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik