Yanğın hadisələri baş verib
Şəmkirin Şiştəpə kəndində 3 otaqlı, Şəkinin Fazıl kəndində isə 4 otaqlı ev, Sabirabadda mağaza, Astaranın Siyətük kəndində yük avtomobili və banına yığılan 3 ton ot bağlaması yanıb. Babək rayonu Şəkərabad kəndində qamışlıq ərazidə, Cəhri qəsəbəsi və Vayxır kəndində isə həyətyanı sahədə yanğınlar baş verib. Bütün hallarda yanğınlar söndürülüb. Xəsarət alan yoxdur.
Vüsalə Cənnətova