Canlı
Yanvarda Məmmədyarov və Nalbandyan yenidən görüşəcəklər

2017-12-07 / 09:59

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək. Görüşdə razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci il yanvarın ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin. Elmar Məmmədyarovun Vyanada ermənistanlı həmkarı Edvard Nalbandyanla da görüşü baş tutub.

Vəfa Şairova