Yanvarda ölkədə 5 gün iş olmayacaq
Gələn ay 5 gün iş olmayacaq. 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq Hüzn Günü olduğundan həmin gün qeyri-iş günüdür. Naizrlər Kabinetinin qərarına əsasən, 2023-cü il üçün martın 20-dən 24-dək Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri qeyri iş günləri kimi müəyyən edilib.